Avropa İttifaqının mavi avtobusu məlumat turu çərçivəsində Marneulidə qonaq olub

Bu gün, 25 may tarixində Avropa İttifaqının mavi avtobusu Marneulidə dayandı. Avropa İttifaqının avtobusu Marneuliyə məlumat turu çərçivəsində gəlib. Onun sərnişinləri isə QHT İris qrupunun və iqtisadi siyasi araşdırma mərkəzinin nümayındələridirlər. İris qrupunun icraçı direktoru Marqo Caparidze Avropa İttifaqının avtobusunun Marneuliyə gəlməsinin səbəblərindən danışır. “Bölgələrdə çox insanlar var ki, təsərrüfatla, fermerliklə, ticarətlə məşğul olurlar, ancaq mövcud imkanlar barəsində məlumatları yoxdur. Misal üçün, banklara gedirlər, böyük … Okumaya devam et Avropa İttifaqının mavi avtobusu məlumat turu çərçivəsində Marneulidə qonaq olub

Marneulidə 5-ci dəfə sınaq imtahanları keçirləcək

Marneuli Gənclər Mərkəzinin təşkilatçılığı ilə vahid milli imtahanlara qeydiyyatdan keçmiş abituriyentlər üçün sınaq imtahanları təşkil olunur. Sınaq imtahanları 3 iyun tarixində Marneuli şəhərində yerləşən “Ata Holding” idman kompleksində baş tutacaq. İmtahan, Marneuli Gənclər Mərkəzinin “Tolerantlıq, Vətəndaş Birliyi və İnteqrasiyaya Dəstək Proqramı” (PİTA) və “SOCAR”-ın dəstəyi ilə həyata keçirilir. İmtahanların keçirilməsinə Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzi və Marneuli Təhsil mərkəzi də qoşulub. Sınaq imtahanlarında azərbaycandilli bütün … Okumaya devam et Marneulidə 5-ci dəfə sınaq imtahanları keçirləcək

Hücuma məruz qalan köşk satıcısının müalicəsi xəstəxanada davam edir

20 may bazar günü axşam saatlarında Marneuli-Sadaxlı avtomagistralı kənarında yerləşən köşkün satıcısına 2 nəfər naməlum şəxs hücum edib və ağac dəyənəklə fiziki xəsarət yetiriblər. Köşkün satıcısı hal-hazırda xəstəxanadadır. Həkimlərin dediyinə görə, onun sağlamlığı üçün heç bir təhlükə yoxdur. Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, hal-hazırda intensive axtarış tədbirləri davam edir və qeyd olunan faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci bəndi ilə istintaq … Okumaya devam et Hücuma məruz qalan köşk satıcısının müalicəsi xəstəxanada davam edir

Türkiyədən Azərbaycana jest – FOTO

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə xatirə pul nişanı dövriyyəyə buraxılıb. Borchalitv xəbər verir ki, maksimum sayı iki min ədəd olan 20 türk lirəsi 925 əyar gümüşdən ibarətdir. Mayın 18-dən dövriyyəyə buraxılan xatirə pul nişanları 2020-ci ilin mayın 18-nə kimi satışda qalacaq. Mənbə: oxu.az Okumaya devam et Türkiyədən Azərbaycana jest – FOTO

Gürcüstan elektrik enerjisi çatışmazlığını Azərbaycandan idxal hesabına aradan qaldırır

Gürcüstanda “İnquri” SES-də baş vermiş texniki nasazlıq səbəbindən ölkədə yaranmış elektrik enerjisi defisiti idxal hesabına aradan qaldırılır. Borchalitv “Gürcüstan Dövlət Elektrosistemi” SC-nin məlumatına istinadla xəbər verir ki, qonşu ölkə SES-də qəza baş verən vaxtdan 2 006 718 kv/saat həcmində elektrik enerjisi idxal edib. İdxal Azərbaycan, Rusiya və Türkiyədən həyata keçirilib. “İnquri” SES-də baş vermiş texniki qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Qeyd edək … Okumaya devam et Gürcüstan elektrik enerjisi çatışmazlığını Azərbaycandan idxal hesabına aradan qaldırır

“Gözəl olacaq və yavaş-yavaş Avropa səviyyəsinə doğru gedirik” – Temur Abazov

Marneuli meri Temur Abazov bələdiyyə avtobusların sürücülərinin xüsusi forma geyəcəyini bildirib. Bu açıqlamanı Abazov Marneuli televiziyasında efirə gedən verilişdə qonaq olarkən verib. Əhali ilə tez-tez təmasda olan meriya əməkdaşları da forma geyəcəklər. “Bunlar şəhərin siması olacaq: alınmış maşınlar, sürücülər, avtobus dayanacaqları. Fikrimcə gözəl olacaq və yavaş-yavaş Avropa səviyyəsinə doğru gedirik. Hər kəz üçün gözə çarpan və gözəl olacaq” – deyə Marneuli meri bildirib. “Marneuli” Radiosu Okumaya devam et “Gözəl olacaq və yavaş-yavaş Avropa səviyyəsinə doğru gedirik” – Temur Abazov

İlham Əliyev tərəfindən 11 Gürcüstan vətəndaşı əfv olunub

Azərbaycan respublikasının prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 634 məhbusun əfv olunması haqqında sərəncam imzalayıb. Əfv olunanlar arasında 11 Gürcüstan vətandaşı da var. Bu barədə Azərbaycan mətbuatı prezident adminstrasiyasına istinadən məlumat yayıb. Gürcüstan vətəndaşlarından başqa, İlham Əliyev beş Çin vətəndaşı, dörd Rusiya vətəndaşı, dörd İran vətəndaşı, dörd Banqladeş vətəndaşı, həmçinin hər birindən iki nəfər olmaqla Türkiyə, Qazaxstan, Özbəkistan, Kamerun, Hindistan, Əfqanistan və … Okumaya devam et İlham Əliyev tərəfindən 11 Gürcüstan vətəndaşı əfv olunub